Xəbər lenti

"Dünya futbolu dəliliyə doğru gedir"
İdman11:15 03.08.2013

"Dünya futbolu dəliliyə doğru gedir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis klubların transferlərə fantastik məbləğlər xərcləməsini dəlilik adlandırıb.

"Real"ın "Tottenhem"in futbolçusu Qaret Beyl üçün 115 milyon avroluq təklif göndərməsini nümunə göstərən Venger deyib: "Bu bir zarafat olmalıdır. "Maliyyə fair pley"i gəldikdən sonra inanılmaz bir il içindəyik. Dünya futbolu dəliliyə doğru gedir" - deyə o bildirib.

Baş məşqçi həmçinin bildirib ki, pulları boşuna xərcləmək  lazım deyil: "Doğru oyunçulara pul xərcləmək düzgün addımdır".

Qaynar.info