Xəbər lenti

"Dünyanın ən yaxşı hücum xətti PSJ-dədir"
İdman16:45 06.08.2013

"Dünyanın ən yaxşı hücum xətti PSJ-dədir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

PSJ-nin sabiq idman direktoru Leonardo komandadan ayrıldıqdan sonra ilk açıqlamasını verib.

Fransa mətbuatının verdiyi məlumata görə, 14 aylıq cəzalandığı üçün istefa vermək məcburiyyətində qalan Leonardo sabiq komandası haqqında müsbət fikirlər səsləndirib. Bildirib ki, dünyada ən yaxşı hücum xətti PSJ-dədir: "PSJ bütün kubokları qazana biləcək hücumçulara sahibdir. Komandada Kavani, İbrahimoviç, Lukas, Pastore, Menez və Lavezzi kimi çox güclü hücumçular var.  Bu 6 futbolçu isə dünyanın ən yaxşı hücum xəttini yaradır" - deyə Leonardo bildirib.

O, həmçinin qeyd edib ki, Kavanini komandaya trasnfer olunması onun fikri olub: "İbrahimoviçlə Kavanini bir araya gətirmək mənim fikrim idi. Onların bir-birinə çox rahat uyğunlaşacağına inanıram"//qol.az

Qaynar.info