Xəbər lenti

"Düşmən tərəf 71 itki verib" - General Rövşən Əkbərov
Ölkə18:46 03.08.2014

"Düşmən tərəf 71 itki verib" - General Rövşən Əkbərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib 

Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib.Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərəv təqdim edib.

 “Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib:“Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”. 

 Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub. 

 Allah rəhmət eləsin!

Qaynar.info