Xəbər lenti

"Edəcəyin səhv son səhvin ola bilər" - İRAN
Ölkə06:41 05.04.2013

"Edəcəyin səhv son səhvin ola bilər" - İRAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran xarici işlər nazirinin sözçüsü Ramin Mehmanpərəst İsrailin İrana qarşı etdiyi ilk səhvin onun elə son səhvi olacağını bildirib. 

Qaynar.info-nun MEHR agentliyinə istinadən verdiyi məlumata görə, İrəvanda rəsmi səfərdə olan Mehmanpərəst keçirdiyi mətbuat konfransında israilin İrana qarşı keçirəcəyi hərbi əməliyyatla bağlı açıqlama verib. 

İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə gücünün olmadığını deyən Mehmanpərəst, "İran müdafiə gücünün zirvəsindədir və İsrail rəsmilərinin edəcəyi ilk səhv son səhvləri olar" deyə bildirib. 

Ötən ay da İranın ali dini lideri Ayətullah Xameneyi İsrailin İrana qarşı hərbi əməliyyat təşkil edəcəyi təqdirdə Təl-Əviv və Hayfa şəhərlərini yerlə-yeksan edəcəklərini demişdi.

Qaynar.info