Xəbər lenti

"Əgər hansısa biri çaşsa, onunla ayrıca danışmalı olacağıq" - Politoloq
Ölkə07:57 07.11.2016

"Əgər hansısa biri çaşsa, onunla ayrıca danışmalı olacağıq" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənilər bundan çıxış yolunu “ad dəyişdirməkdə” gördülər".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, erməni separatçılarının Dağlıq Qarabağın adını dəyişdirərək "Artsax Respublikası” qoymaq istəyini şərh edib: "Guya buna qədər onlar “Atsax” ifadəsi işlətmirdilər və ya biz separatçıları, onların qondarma Konstutsiyalarını tanıyırıq ki, deyək ki, “yox əvvəlkitək Dağlıq Qarabağ ifadəsini işlədin”. Biz Xankəndi, onlar Stepanakert deyirlər, bu ki illərdir belədir. Yəni dəyişən bir şey yoxdur. Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici diplomatlardan heç biri hətta İrəvan və Xankəndində olanda da “Artsax” ifadəsi işlətmir. Yox əgər hansısa biri çaşsa, Dağlıq Qarabağ əvəzinə, separatçıların istəyi əsasında “Artsax” kəlməsini işlətməyə başlasa, demək onunla ayrıca danışmalı olacağıq.

Azərbaycan prezidenti xarici müsahibələrinin hamısında qeyd edir ki, Dağlıq Qarabağ ifadəsinin özü Azərbaycan kökənlidir və ermənilər köçəri xalq kimi tək elə bu səbəbdən onlara aid olmayan torpaqlara iddia edə bilməzlər. Bu arqument Qərbdə qəbul olunduğundan separatçıları narazı salırdı. Ona görə bundan çıxış yolunu “ad dəyişdirməkdə” gördülər. Ancaq toplananların yerini dəyişəndə cəm dəyşimir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az