İspaniya La Liqasında bütün dünyanın maraqla gözlədiyi derbinin - "Barselona" - "Real" (Madrid) matçının tarixi bəlli olub.
Qol.Az-ın məlumatına görə, mövsümün ilk "El Klassiko"su oktyabrın 26-da baş tutacaq. Barselonanın "Nou Kamp" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu il martın 2-də keçirilən son "El Klassiko"da "Real" "Barselona"nı səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.
Qaynar.info