Xəbər lenti

"Çelsi"nin oyununda qorxulu hadisə
İdman06:02 23.01.2017

"Çelsi"nin oyununda qorxulu hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən axşam oynanılan "Çelsi" - "Hall Siti" qarşılaşmasında qorxulu hadisə yaşanıb.

Sport7.az xəbər verir ki, görüşün 12-ci dəqiqəsində qonaq komandanın futbolçusu Rayan Meyson rəqiblə toqquşub və ağır kəllə-beyin travması alıb. Onun beyni silkələnib, kəllə sümüyü sınıb.

Bu barədə "Hall Siti"nin mətbuat xidməti açıqlama yayıb. Futbolçu meydanda huşunu itirdiyindən ona dərhal oksigen balışıyla süni tənəffüs verilib və təcili yardım maşınıyla Meysonu xəstəxanaya çatdırıblar.

Futbolçu təcili əməliyyat olunub və hazırda onun vəziyyəti sabitdi.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu mövsüm 16 oyunda meydana çıxıb və bir qolla yadda qalıb.

Qaynarinfo.Az