Xəbər lenti

"Əmanətlər heç bir təhlükə altında deyil" - Bank Standard
Ölkə15:47 30.09.2016

"Əmanətlər heç bir təhlükə altında deyil" - Bank Standard

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 "Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil", - deyə R. Aslanlı qeyd edib.

Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır".(APA)

Qaynarinfo.Az