Xəbər lenti

"Emenayo "lipa" yaşda deyil" - "Şahdağ"ın futbolçusunu tanıyan şəxs
İdman15:15 23.09.2016

"Emenayo "lipa" yaşda deyil" - "Şahdağ"ın futbolçusunu tanıyan şəxs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, yerli mətbuatda "Şahdağ" futbol klubunun yeni transferlərindən olan nigeriyalı Viktor Emenayonun yaşının 23 olmaması, 40 yaşlarında görünməsi iddia edilmişdi. Futbolçu da buna uyğun olaraq mediaya 1993-cü ilin 30 dekabrında doğulduğunu göstərən pasportunun fotosunu göstərmişdi.

Qaynarinfo.Az xəbər verir ki, bu futbolçunu xatırlayanlardan Efetobor Mukoro adlı bir şəxs newfanzoneblog.wordpress.com saytına bu xəbərlərdən məyus olduğunu, medianın tutduğu mövqenin ədalətsiz olduğunu və sensasiya xətrinə belə bir reportaj yazıldığını bildirib:

"Mən bu hadisədən təəssüflənirəm və məyus oluram. Bilirsiniz ki, görünüş aldadıcıdır və qəti şəkildə bildirmək istəyirəm ki, Viktor Emenayo "lipa" yaşda deyil. O, həyatında çoxlu dəyişikliklərdən keçmiş bir gəncdir. Media belə məqalələr yazanda ehtiyatlı olmalıdır. Belə neqativ xəbərlər bu oğlanın karyerasına zərər vura bilər".

Qeyd edək ki, Viktor Emenayonun özü də açıqlamasında bunları bildirib: "Kimsə necə idda edə və ya müəyyən edə bilər ki, mənim görünüşə əsasən 23 yaşım yoxdur. Mən fırıldaqçı deyiləm və bilirsiniz, insanlar hər hansı mənfilikləri tez Nigeriya ilə əlaqələndirir. İcazə vermərəm ki, yalan və neqativ xəbərlər mənim yeni komandamdakı çıxışıma təsir göstərsin".

Qaynarinfo.Az