Xəbər lenti

"Çempion olduqdan sonra istəyirsən ki, yenə uğura imza atasan" - Qurban Qurbanov
İdman19:44 20.05.2016

"Çempion olduqdan sonra istəyirsən ki, yenə uğura imza atasan" - Qurban Qurbanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, "Qarabağ" ardıcıl 3-cü dəfə çempion olub. Ağdam komandası çempionata AZAL üzərində qazandığı 3:0 hesablı qələbə ilə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov təltifetmə mərasimindən sonra 

- Ardıcıl 3-cü dəfə ölkə çempionluğunu bayram edirsiniz. Fikirlərinizi bilmək maraqlı olardı... 

- Çempionluq bütün idmançıların arzusudur. Buna nail olduqdan sonra istəyirsən ki, yenə uğura imza atasan. 3 ildir ki, "Qarabağ" çempionluq kubokunu başı üzərin qaldırır. Bu da sevindiricidir. Əlbəttə ki, yenə öz üzərimizdə daima çalışmalıyıq.

- Ölkə kubokunun finalında qarşılaşacağınız "Neftçi" çempionatın son turlarında yaxşı çıxış edir. Bu sizi ehtiyatlandırmır?

- Bəli, düz qeyd etdiniz. Oyun sistemində də dəyişiklik edilib. Bu da bizi düşünməyə məcbur edir. Kubok oyunu tam fərqli olur. Rəqibin çox sürətli və istəkli futbolçuları var. Son vaxtlar "Neftçi" rəhbərliyi ilə yanaşı, futbolçularının da istəyi artıb. Buna görə kuboku qazanmaq istəyirik. Biz də bu məsuliyyəti hiss edib, ciddi hazırlaşmalıyıq. Final oyununun favoriti yoxdur. 

- Komandadan göndəriləcək futbolçuları müəyyənləşdirmisiniz, yoxsa ölkə kubokundan sonra bu barədə düşünəcəksiniz?

- Xeyr. Bunun üçün hələ vaxtımız var. Çalışacağıq ki, sabahdan etibarən kubokun final matçı barədə düşünək. 

- Kubokun final matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yenilənməsindən sonra durum sizi qane edirmi?

- Məncə, pis olmayacaq. 4-5 gün əvvəl arenaya baş çəkmişdim. Bəlkə də düşündüyümüzdən daha  yaxşıdır. Yeni ot örtüyü olduğundan çatışmazlıqlar ola bilər. Amma mütəxəssislərlə danışmışıq, problemin olmayacağını bildiriblər.

- "Rəvan"la qarşılaşmadan fərqli olaraq, AZAL-la oyuna tam heyətlə çıxmışdınız. Bu, çempionluq mərasiminə, yoxsa final qarşılaşmasına hazırlığa görə idi?

- Son bir neçə oyunda bir heyətlə çıxış etdik. Futbolçularda istər-istəməz yorğunluq var idi. Buna görə də dəyişiklik etmişdik. Bəzi oyunçularımızın istirahətə ehtiyacı vardı. 

Qaynarinfo.az