Xəbər lenti

"Çempionat 8 komanda ilə keçirilə bilər, amma..." - AFFA rəsmisi
İdman16:33 16.05.2016

"Çempionat 8 komanda ilə keçirilə bilər, amma..." - AFFA rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, AFFA-nın Lisenziya Komissiyasının bugünkü qərarına isə növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak etmək üçün cəmi 8 klub lisenziya əldə edib. Hazırda Premyer Liqada çıxış edən "Rəvan"la "Xəzər Lənkəran", eləcə də I dəstədən hər hansısa klub lisenziya tələblərinə riayət edə bilməyib. Lakin bütün bu klublara lazımi öhdəliklərini yerinə yetirmək üçün mayın 30-dək vaxt verilib. Əgər bu müddətədək də yerinə yetirilməsə, çempionat 8 komandanın iştirakı ilə keçirilə bilər.

Bunu Qaynarinfo.az-a açıqlamasında Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov deyib:  

"Əslində biz klubların hansı lisenziya tələblərini yerinə yetirməmələri barədə ictimaiyyətə açıqlama verə bilmərik. Sadəcə, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov artıq klubun maliyyə problemlərinin olduğunu bildirib. "Rəvan"dan isə mövsümün gedişində FİFA-nın tələbi ilə 6 xal silinib. Deməli, onların da yerinə yetirə bilmədiyi meyar maliyyə ilə bağlıdır. Ötən mövsüm "Rəvan" və "Neftçala" lisenziya ala bilmədikləri üçün bizdən şikayət etmişdilər ki, tələblərimizi yerinə yetirmişik, amma Premyer Liqaya buraxılmırıq. Düzdür, sonradan AFFA-nın İcraiyyə Komitəsinin icazəsi ilə "Rəvan" Premyer Liqaya lisenziyası olmadan qatıldı. İndi mayın 30-nu gözləyək. Əgər klublar yenə lisenziya tələblərini yerinə yetirməsələr, biz onların hansı şərtləri icra edə bilmədiklərini açıqlayararıq.

Məlum olduğu kimi, hələ ki 8 klub Premyer Liqada iştirakla bağlı lisenziya tələblərini yerinə yetirib. Əgər mayın 30-dək digər klublar lisenziya tələblərini yerinə yetirə bilməsələr, çempionat növbəti mövsüm 8 komanda ilə keçirilə və ya AFFA-nın İcraiyyə Komitəsinin xüsusi qərarı ilə yenə hansısa 2 komanda Premyer Liqada oynamaq hüququ əldə edə bilər".

Qeyd edək ki, sabiq futbolçularına 1 milyon dollar borcu olan 1 dəfə ölkə çempionu olmuş "Xəzər Lənkəran"ın bu şərtləri 2 həftə ərzində icra edə biləcəyi real görünmür.

Qaynarinfo.az