
"Həmişə olduğu kimi ermənilər məğlubiyyəti həzm edə bilməyiblər".
Qaynarinfo.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
Nazirlik rəsmisi Ukraynada Kunq-Fu üzrə keçirilən Avropa çempionatında azərbaycanlı və erməni idmançılar arasında baş verən kütləvi davaya münasibət bildirib. O deyib ki, hadisə azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verib: "Erməni idmançı məğlubiyyəti həzm edə bilməyib. Ona görə də erməni komandası təxribata əl atıb. Onlar qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağ"ını qaldırıblar. Bu isə Azərbaycan komandasının etirazına səbəb olub və komandalar arasında dava düşüb. Xüsusilə vurğulamaq istəyirəm ki, bizimkilər onları döyərək qaldırılan “bayrağ”ı əllərindən alıb cıraraq ayaq altına atıblar".
Qaynarinfo.az