Xəbər lenti

"Ermənilərin bayraqlarını əllərindən alıb cırdıq" - Yığmamızın baş məşqçisi
İdman12:55 14.05.2016

"Ermənilərin bayraqlarını əllərindən alıb cırdıq" - Yığmamızın baş məşqçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Ukraynanın Lvov şəhərində kunq-fu üzrə Avropa çempionatı keçirilir. Həmin turnirin 60 kq çəki üzrə yarımfinal görüşlərindən birində azərbaycanlı və ermənilər arasında kütləvi dava düşdüyündən, döyüş yarımçıq saxlanılıb.  
Qaynarinfo.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi, dəfələrlə dünya və avropa çempionu olmuş Ramil Allahverdiyev hadisə ilə bağlı azvision.az-a danışıb. O bildirib ki, davaya səbəb ermənilərin qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldıraraq təxriba əl atmasıdır.
Dünya çempionu "DQR”in bayrağını ermənilərin əlindən alaraq cırdığını bildirib: "Yarışda Azərbaycanı 5 idmançı təmsil edirdi. Ermənilər qondarma Qarabağ Respublikasının bayrağını meydanda qaldırmaq istədilər. Bu bizə qarşı təxribatdır. Nəticədə dava düşdü, erməniləri yaxşıca döydük. Onların bayraqlarını əllərindən alıb cırdıq. Yarımfinalda bizim idmançımız erməni rəqibini udmuşdu. Onlar da bizi qıcıqlandırmaq üçün bu addımı atdılar. Biz də cəzalarını verdik. Şükür Allaha, bizdən heç kim döyülməyib, xəsarət də almamışıq. Ermənilərin qabırğaları, ayaqları sınıb. Onlar arasında kəllə-beyin travması alanlar var. Ermənilər bizi Ukrayna polisinə şikayət ediblər”.
Sonda bir daha həmin videonu təqdim edirik.
Qaynarinfo.az