Xəbər lenti

"Facebook" bahalaşdı
Ekonomiks06:41 01.08.2013

"Facebook" bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Facebook" şirkətinin səhmləri "NASDAQ" birjasındakı satışlarda ilk dəfə olaraq 2012-ci ilin mayında yerləşdirilmiş "İlkin İctimai Təklif" (İnitial Public Offer - İPO) qiymətindən artıq olub.

"Associated Press"in verdiyi xəbərə görə, şirkət öz qiymətli kağızlarını birjaya bir səhmə görə 38 dollara yerləşdirmişdi, lakin "İlkin İctimai Təklif"dən sonra bir neçə ay ərzində onların dəyəri 50% aşağı düşmüşdü.

Ötən gün isə "NASDAQ" birjasında satışın açılışında "Facebook" şirkətinin səhmlərinin dəyəri 1,2% artaraq, bir səhmə görə 38,08 dollara çatıb. Şirkətin gəliri isə ötən ilki eyni dövrlə müqayisədə 53% artaraq, 1,813 milyard dollara çatıb.(anspress)