Xəbər lenti

"Facebook" hesabları donduruldu
Ekonomiks06:45 02.07.2016

"Facebook" hesabları donduruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın Londrina şəhər məhkəməsi "Facebook"a məxsus 6 milyon dollarlıq hesabı dondurub.

Qaynarinfo.az publika.az-a istinadən bildirir ki, bu addımın atılmasına əsas səbəb Votsap rəhbərliyinin polisin bir neçə nəfərin şəxsi hesabına girmək istəməsinə izn verməməsidir.

Hüquq mühafizə orqanları məhz bu yazışmaların hesabına Braziliya, Boliviya, Paraqvay və İspaniyada fəaliyyət göstərən narkotacirlər qrupunu ələ keçirməyi planlaşdırıb.

Qeyd edək ki, Votsap "Facebook"a məxsusdur. Braziliya hökuməti may ayında messencerin ölkə ərazisində fəaliyyətinə 72 saat qadağa qoyub.

Qaynarinfo.az