Xəbər lenti

"Facebook"dan Ankara terroru üçün alqışlanacaq tətbiq - FOTO
Ölkə08:08 18.02.2016

"Facebook"dan Ankara terroru üçün alqışlanacaq tətbiq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən məşhur sosial paylaşım saytı olan "Facebook" Ankarada baş vermiş terror aktı ilə əlaqədar olaraq həmin ərazidə olan istifadəçilərə mesaj göndərib.

Qaynar.info milli.az-a istinadən xəbər veerir ki, Facebook tərəfindən Ankarada partlayış törədilən ərazilərdə və yaxın bölgələrdə olan istifadəçilərə "Sən partlayışın törədildiyi ərazidəsən. Yaxşısan, yoxsa təhlükədəsən? Yaxşısansa, dostlarını bu barədə xəbərdar et. Yaxşıyam sözünü seçməklə bütün dostlarınıza bu barədə bildiriş göndəriləcək" mesajı göndərilib.

İstifadəçilərdən "güvəndəyəm" və ya "həmin bölgədə deyiləm" variantından birini seçmələri də xahiş olunub. Digər istifadəçilərə isə Ankaradakı dostları ilə əlaqə yaratmaq üçün "dostunu ara" variantı təklif edilib.

"Facebook" tərəfindən belə bir tətbiq 13 noyabr 2015-ci ildə Parisdə törədilən terror zamanı da təqdim edilmişdi.

Qeyd edək ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Qaynar.info