Xəbər lenti

"Fənərbaxça" 1/4 finalın bir addımlığında
İdman17:25 17.03.2016

"Fənərbaxça" 1/4 finalın bir addımlığında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulur. 
ANS PRESS-in məlumatına görə, bu gecə 1/4 finala mərhələsinə yekun vurulacaq.
Maraqlı qarşılaşmalardan biri "Mançester Yunayted"lə "Liverpul" arasında baş tutacaq.
"Fənərbaxça" çətin Portuqaliya səfərinə çıxacaq. Evdə "Braqa"nı 1:0 hesabı ilə yenən "sarı-lacivərdlilər" səfərdə heç-heçə və qol vurmaq şərti ilə minimal hesablı məğlubiyyət sərf edir.
Gecənin maraqlı qarşılaşmalarından biri "Mançester Yunayted"lə "Liverpul" arasında baş tutacaq. İlk oyunda 2:0 hesablı qələbə qazanan "qırmızılar" 1/4 finalın biraddımlığındadı. Mançester təmsilçisi mərhələ adlamaq üçün 3 top fərqi ilə qalib gəlməlidi.
Daha bir ölkə derbisi "Valensiya" və "Atletik" arasında keçiriləcək. Bilbao təmsilçisi evdə 1:0 hesabı ilə yendiyi rəqibinə nisbətən daha şanslıdı.
Dortmund “Borussiya”sı demək olar ki, 1/4 finala vəsiqəni təmin edib. Evdə "Tottenhem"i 3:0 hesabı ilə yenən almanların səfərdə 4 top fərqi ilə uduzması inandırıcı görünmür.
Gecənin digər oyunlarına gəlincə, “Şaxtyor” 3:1 hesabı ilə udduğu "Anderlext"in, "Vilyarreal" 2:0 hesabı ilə yendiyi "Bayer"in qonağı olacaq. İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan "Sevilya" və "Bazel" İspaniyada, 1:1 hesablı heç-heçə oynayan "Latsio" və "Sparta" İtaliyada qarşılaşacaq.
Avropa Liqası, 1/8 final, cavab oyunları
17 mart
22.00 Bayer (Almaniya) - Vilyareal (İspaniya)
Leverkuzen, “BayArena” stadionu (ilk oyun - 0:2)
22.00 Latsio (İtaliya) - Sparta (Çexiya)
Roma, Olimpiya stadionu (ilk oyun - 1:1).
22.00 Valensiya (İspaniya) - Atletik (İspaniya)
Valensiya, “Mestalya” stadionu (ilk oyun - 0:1).
00.05 Anderlext (Belçika) - Şaxtyor (Ukrayna)
Brüssel, “Konstant Vanden Stok” stadionu (ilk oyun - 1:3).
00.05 Braqa (Portuqaliya) - Fənərbaxça (Türkiyə)
Braqa, “Munisipial” stadionu (ilk oyun - 0:1).
00.05 Mançester Yunayted (İngiltərə) - Liverpul (İngiltərə)
Mançester, “Old Trafford” stadionu (ilk oyun - 0:2).
00.05 Sevilya (İspaniya) - Bazel (İsveçrə)
Sevilya, “Ramon Sançes” stadionu (ilk oyun - 0:0).
00.05 Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
London, “Vayt Hart Leyn” stadionu (ilk oyun - 0:3).
Qaynar.info