
Klub UEFA və Türkiyə Futbol Federasiyası tərəfindən mövsüm ərzində kifayət qədər cəza almışdı
Türkiyə Super Liqasında bu gün çempion bəlli olub.
ANS PRESS-in məlumatına görə, UEFA və Türkiyə Futbol Federasiyası tərəfindən mövsüm ərzində kifayət qədər cəza alan "Fənərbaxça" komandası 2013-2014 mövsümünün çempionu olub.
31-ci turda öz meydanında "Çaykur Rizəspor"u qəbul edən lider "Fənərbaxça", çempionluq üçün lazım olan 1 xalı əldə edərək adına növbəti çempionluğu yazdırıb.
26 aprel
"Elazığspor" - "Qalatasaray" - 0:1
"Eskisehirspor" - "Erciyesspor" - 0:1
"Fənərbaxça" - Rizespor" - 0:0
"Kasımpasa" - "Antalyaspor" - 2:0
"Kayserispor" - "Karabükspor" - 1:3
"Konyaspor" - "Akhisar" - 4:0
"Sivasspor" - "Beşiktaş" - 3:0