Xəbər lenti

"Fənər"ə FETÖ-dən çox, onun özü zərər vurub" - Altaylıdan Yıldırıma cavab
İdman10:24 30.08.2016

"Fənər"ə FETÖ-dən çox, onun özü zərər vurub" - Altaylıdan Yıldırıma cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur türkiyəli jurnalist, köşə yazarı, "Qalatasaray"ın sabiq vitse-prezidenti Fatih Altaylı "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırımın "NTV Spor"da yayımlanan özəl verilişdə səsləndirdiyi fikirlərə reaksiya verib.

Qaynarinfo.Az xəbər verir ki, Altaylı FETÖ-nün Yıldırımın dediyi kimi tək "Fənərbaxça"ya zərər vurmadığını bildirib:

"FETÖ-nün ən çox zərər vurduğu klub "Qalatasaray"dır. 1 dənə FETÖ-çünü rəhbərliyə almadığı halda, 3-5 futbolçusu bu təşkilatla könül bağı qurdu deyə "Qalatasaray" qaralanır. Fetö-çü hakim və prokurorları kluba üzv edən, FETÖ-çü iş adamlarını klub rəhbərliyinə alan Aziz Yıldırıma kimsə bir şey demir. "Fənərbaxça"ya FETÖ də zərər verib, amma bu böyük kluba, bu inanılmaz güclü azarkeşə ən böyük zərəri verən Aziz Yıldırımın bilavasitə özüdür. "Qalatasaray" da prokuror Özü kluba üzv etməklə böyük bir səhv edib, amma "Qalatasaray" Konqresi bu addımı tənqid də edib. Bunu edən klub prezidenti də böyük ayıb edib, amma "Fənərbaxça"ya iş qaldıran prokurorun klub üzvü olduğu da unudulmasın. FETÖ Türkiyəyə topdan böyük zərərlər verib. Və mən illərdir ki, bunu deyirəm".

Jurnalist iddia edib ki, FETÖ-çü hakim və prokurorları "Fənərbaxça" klubuna üzv edən elə Aziz Yıldırımın özü olub. O, klubun rəhbər postlarına təyin etdiyi FETÖ-çülərin adlarını bildiyini də söyləyib: "Mən bunları bilirəm. Ancaq heç kimi hədəf etmək niyyətim olmadığı üçün ad çəkməyəcəyəm. Biz "Qalatasaray"da futbolçuları FETÖ-nün pəncəsindən qurtarmaq, qurtara bilmədiklərimizi də klubdan uzaqlaşdırmaqla məşğul olarkən Aziz Yıldırım o futbolçuların bəzilərini "Fənərbaxça"ya transfer etmirdimi?

Hakan Şükür, Arif Ərdəm FETÖ üzvüdür, Əmrə deyilmi? Əmrə özü deyir ki, 25 dekabrdan sonra onlardan uzaqlaşdım. Aziz Yıldırım boş-boş danışır. Gündəm dəyişdirməyə çalışır... Aziz Yıldırım bunları ancaq Oğuz Haksevər kimi heç bir sual verməyən, heç bir mübahisəyə girməyən və dinləyən kübar bir aparıcının qarşısında danışa bilər".

Qaynarinfo.Az