Xəbər lenti

"Fiorentina" "Qarabağ" üçün iştirak ərizəsini açıqladı
İdman07:50 02.09.2016

"Fiorentina" "Qarabağ" üçün iştirak ərizəsini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Fiorentina” iştirak ərizəsini açıqlayıb. 

Qaynarinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bənövşəyilər” UEFA-ya 20 nəfərlik siyahı göndəriblər.

Baş məşqçi Paulu Souza hələlik A siyahısını müəyyənləşdirib. Portuqaliyalı mütəxəssis yaşı 21-dən yuxarı olan bütün futbolçuların xidmətindən yararlanmaq qərarına gəlib. B siyahısı, yəni yaşı 15-21 (1995-ci il yanvarın 1-dən sonra doğulanlar) aralığında olan futbolçularla bağlı isə hələlik bir qərar verilməyib.

Qapıçılar: Bartlomey Dronqovski, Çiprian Teteruşanu;

Müdafiəçilər: Davide Astori, Sebastyan de Mayo, Xrvoye Miliç, Maksimiliano Olivera, Qonsalo Rodriqes, Karlos Salsedo, Nenad Tomoviç;

Yarımmüdafiəçilər: Milan Badel, Sebastian Kristoforo, Yosip İliçiç, Karlos Sançes, Kristian Telyo, Borxa Valero, Matias Vesino;

Hücumçular: Nikola Kaliniç, Mauro Sarate, Kuma Babakar, Federiko Bernardeski. 

Qeyd edək ki, “Qarabağ”, PAOK və “Slovan”la birlikdə J qrupunda yer alan “Fiorentina” ilk görüşünü sentyabrın 15-də Yunanıstanda PAOK-a qarşı keçirəcək.

Qaynarinfo.Az