
Bu gün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov sədrliyi ilə “Gündəm Xəbər” qəzetinin növbəti məhkəmə prosesi keçirilib.
Belə ki, Azərbaycan Respublikası CM-nin 213.2.2 maddəsi ilə ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri barəsində qaldırılmış cinayət işi 18 aprel 2013-cü il tarixdə saat 11:00-da davam etdirilib.
Məhkəmədə şahidlər və proses iştirakçıları dindirilib. Daha sonra qəzetin təsisçisi Şirin Cəfərli ifadə verib. O bildirib ki, məhkəmədən ədalətli qərar gözləyir və hələ də buna inanır: "Yəqin ki, haqq qalib gələcək və bizim yolumuz Avropa məhkəməsinə düşməyəcəkdir".
Növbəti məhkəmə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun qərarı ilə 29 aprel 2013-cü il saat 11:00-a təyin edilib.
Qaynar.info