Xəbər lenti

"Guya prezidentə şikayət etdiz, nə dəyişdi ki?" - Salyandan şikayət
Ölkə10:17 09.06.2016

"Guya prezidentə şikayət etdiz, nə dəyişdi ki?" - Salyandan şikayət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Redaksiyamıza Salyan rayonun Sarvan kəndindən şikayət məktubu daxil olub. Qaynarinfo.az-a məktub göndərən kənd sakinləri rayon Mərkəzi Xəstəxanasından şikayətçidir.
Sarvan kəndində fəaliyyət göstərən şəhid Elnur Səmədov adına tibb məntəqəsinin əməkdaşları olan şikayətçilər Mərkəzi Xəstəxanadan onlara çatmalı olan pulu ala bilmirlər. Belə ki, tibb məntəqəsinin 6 əməkdaşı 2015-ci ilin yanvar ayında 2 nömrəli Bakı Baza Tibb Məktəbinə kursa göndərilib. 20 günlük kurs müddəti üçün Səhiyyə Nazirliyi onların hər birinə təxminən 300 manat pul ödəməlidir. Amma aradan 16 ay keçməsinə rəğmən tibb işçiləri pullarını ala bilməyiblər.
Şikayətçilər bildirir ki, bu günə qədər şikayət etməkdikləri yer, döymədikləri qapı qalmyıb. Hətta prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya şikayət məktubu yazıblar. Şikayət araşdırılması üzrə aidiyyatı qurumlara göndərilib, amma nəticəsi olmayıb.
Sevindik Hətəmov Salyana icra başçısı təyin olunandan sonra - mart ayında onun qəbulunda da olublar. İcra başçısı tezliklə problemin həll olunacağına söz verib. Amma aradan 4 aydan artıq vaxt keçsə də, heç bir yenilik yoxdur.
Qaynarinfo.az-a müraciət edən Sarvan sakinləri bildirir ki, onların kəndində pulunu ala bilməyənlərin sayı 6 nəfər olsa da, rayonun digər kəndlərində daha çoxdur. Şorsulu və digər kəndlərdən kursa göndərilən tibb işçiləri də eyni aqibətlə üzləşib.
Şikayətçilər bildirir ki, tez-tez Salyan Mərkəzi Xəstəxanasının mühasibatlıq şöbəsi ilə əlaqə saxlayırlar. Amma artıq orda da bunlarla rişxəndlə danışırlar. Son danışıq zamanı isə təxminən belə bir cavab alıblar: "Guya prezidentə şikayət etdiniz, nə dəyişdi ki? Özünüzü biabır etməyin. Pul olanda, veriləcək".
Vəssəlam, bu da səhiyyə naziri Oqtay Şirəliyevin işçilərinin vətəndaşa verdiyi cavab. Məgər nazirliyin büdcəsində ayda 100-150 manat maaş alan işçiyə ödəmək üçün pul yoxdur? Bu insanlar dövlətin onlara verdiyi maaşı övladlarının boğazından kəsərək, heç bir əhəmiyyəti olmayan kursa xərcləyiblər. İndi də öz haqqlarını ala bilmirlər. Hələ üstəlik, hər addımda məmurların yalan vədləri, rişxənd dolu sözləri ilə qarşılaşırlar...
Qaynarinfo.az