
"Bakı" klubu artıq 9 aya yaxındı ki, futbolçularının maaşını verə bilmir. Arada qırıq-qırıq verilən cüzi məbləğləri nəzərə almasaq, futbolçular 9 aya yaxındı maaş üzünə həsrətdilər.
Qaynar.info rekord.az-a istinadən xəbər verir ki, klubun ötən ildən yerli və legionerlər daxil bütün futbolçulara olan ümumi borcu 7 milyon manata çatıb.
Buraya futbolçuların illik ödənişləri, müqaviləyə görə nəzərdə tutulan mükafatlar daxildi. Bu qədər pulun yaxın zamanlarda ödəniləcəyi isə çox qəliz görünür.
Qaynar.info