
1992-1994-cü illərdə Türkiyənin "Qalatasaray" komandasında çıxış etmiş hücumçu Mustafa Kocabəyin çoxlu qollar vurmasına baxmayaraq, klubdan uzaqlaşdırılması birmənalı qarşılanmamışdı. 20 yaşlı istedad Hakan Şükürün oynadığı "Qalatasaray"dan ayrıldıqdan sonra ötən il yanvarın 29-da verdiyi müsahibədə bu sözlərdən yararlanmışdı: "Hakan Şükürə haqqımı halal etmirəm. Onunla axirətdə hesablaşacağam".
Qaynarinfo.Az xəbər verir ki, 41 yaşlı Kocabəy "Sabah" qəzetinə müsahibəsində "Qalatasaray"dan ayrılmasında FETÖ-çülərdən olmamasını səbəb kimi göstərib.
- "Qalatasaray"dan ayrılmağın maraqla qarşılandı. Bir daha nə olduğunu izah edə bilərsən?
- "Qalatasaray" klubunda formamı tərlətməkdən başqa, hansısa bir qruplaşma içində olmaq ağlımın ucundan belə keçməyib. Ora bir futbol klubudur, Hakan Şükür kimi FETÖ terror qruplaşması, camaatçı bir dəstə içində olanlarla birgə olmaram. "Qalatasaray"dan 20 yaşımdaykən, çempionatda və avrokuboklarda qol vurarkən göndərildim. İllərdir hamı "Səni yedilər" deyir. Bunun da tək bir səbəbi ola bilər. Bir qrupun parçası olmadığınız üçün siz istənilməyən biri olursunuz. "Qalatasaray"dan ayrıldıqdan sonra komandaya dönmək üçün mübarizə apardım, ancaq yenə qarşıma bu FETÖ-çülər, Hakan Şükür və yaltaqları çıxdı. Futbol karyeramda 309 qol vurmuşam və Türkiyənin ən çox qol vuran futbolçusuyam. Saysız-hesabsız çempionluqlar və uğurlar görmüşəm. Amma xəyalını etdiyim yerə əsla gələ bilmədim. Əsas millidə 1 dəfə belə oynaya bilmədim!
- Bəs niyə o vaxt "Hakan Şükürə haqqımı halal etmirəm" sözlərini daha sonra niyə təkzib etdin?
- Məni "Zaman" qəzetinə çağırdılar. "Sən demədin deyilmi bu sözləri... Məhkəməyə ver... Təzminat qazanarsan, dərhal təkzib etməlisən" dedilər. Məni belə bir açıqlama üçün məcbur etdilər. Elə bir təzyiq olurdu ki, mənim telefonuma durmadan zəng gəlirdi. Tez-tez "təkzib et, təkzib et" dedilər və mən də bu qədər təzyiqə dayana bilməyib belə bir açıqlama vermək məcburiyyətində qaldım. Mən bu dəstəni sevməyən bir adamam.
- Sənin "Qalatasaray"da oynadığın zamanlarda FETÖ Terror Qruplaşmasının durumu necə idi? Nələr edirlərdi və istəyirdilər?
- 1992-1994-cü illərdə mən "Qalatasaray"da oynayarkən klub içində FETÖ qrupu vardı. Bu işin bu qədər böyüyəcəyini, bu qədər camaat formasına düşəcəyini heç düşünməmişdim. Klubda söhbətlər (FETÖ-çülərin hər cümədə yığışıb etdiyi söhbətlər - red.) olurdu. Daha sonra getdiyim bir çox klubda söz sahibləri onlar idi. Söhbətlər hər yerdə vardı.
- Bunlar hansı klublardır?
- Çox komandada vardı bu. Oynadığım çox klubda bəlli abiləri vardı. Orda bizə Allahdan, kitabdan bəhs edirlərdi. Bu qruplaşmanın bu qədər xəyanət içinə girəcək bir terror örgütü olduğunu anlasaydım, o söhbətlərə getməzdim. İllər sonra bu olayları görəndə o vaxtkı işlərin məsum olmadığını görürəm.
- Bəs bu FETÖ-nü dəstəkləyən sənin bildiyin idman camiəsindən kimlər var?
- Mən başçı olaraq Hakan Şükürü görürəm... "Qalatasaray"dan ayrıldıqdan sonra bunlar tez-tez bu işin içində idilər. Söhbətlər, məhəbbətlər... Belə bir gücün olduğunu bilirdim, amma çıxıb insanlara terror edəcəklərini, xalqa güllə atacaq qədər irəli gedəcəklərini hər halda kimsə gözləmirdi. Ordunun içinə girib, silahlı qüvvələri ələ keçirib insana atəş açacaqları heç kimin ağlına gəlməzdi. Prezidentimizin belə ağlına gəlməmişdi.
- İdmanda bu təşkilatın təsiri varmı? Varsa, necə işləyir?
- Sadəcə Şükürün ətrafındakı adlara baxın, bunu rahatlıqla tapa bilərsiniz. Mən "Yozqatspor"da olanda orda komanda yoldaşım vardı - Cihat Arslan. O eyni zamanda kapitanımız idi. Tez-tez söhbətlərə qatılırdı. Tez-tez bizi o istiqamətləndirirdi. Məsələn, söhbətin olacağı günləri xəbər verirdi. O vaxt bizə tez-tez Allahdan, kitabdan danışırlardı. Belə olacağını təsəvvür edə bilməzdik. Xüsusilə Hakan Şükür futbolu buraxıb millət vəkili olduqdan sonra komandalara məşqçi göndərmə səlahiyyətinə sahib idi... Mənim anlaya bilmədiyim hadisələrin başında yer alır.
- Bu təşkilat kimi hara göndərib?
- Hamza Hamzaoğlunu öncə "Eyüpspor"a, daha sonra da "Akhisar Bələdiyyəspor"a göndərib. Əsl gülməli olan Hamzaoğlunun buraxdığı komandaların başına Cihat Arslanın gəlməsidir... Digər klublarda dolaşan bir başqa ad da Uğur Tütünəkərdir. Uğur abi də bu çarxın içində idi. İndi hansı hissəsində olduğunu bilmirəm. Diqqət yetirsəniz, Şükürə yaxın olanların hamısı komanda tapıb. Araşdırsaq, Türkiyədə ikən iş tapan məşqçilərin çoxunun arxasından Şükür çıxar. FETÖ Terror Örgütünə bağlı olanlar onsuz da klub tapırlar. Onlar futbolçu transferi də edə bilir. Onların menecerləri transfer edir.
- Milli komanda dedin... Bəs Hakan Şükür milli komandada da söz sahibi idi?
- Təbii ki... Milli komandaya gedə bilmədim. Çünki Hakan Şükür orda idi. "Qalatasaray" azarkeşi və türk xalqı məntiqli düşünsün: Niyə Hakan həmişə sabit qaldı? Mən FETÖ-çü olmadığım üçün Hakan Şükürün yanında oynaya bilmədim! Açıq ürəklə söyləyirəm. Hakan Şükürə haqqımı halal etmirəm və türk xalqından rica edirəm. Ona kimsə haqqını halal etməsin. Aylar öncə ölkədən qaçıb gedən bir adamdan danışırıq. "Mən qaçmadım" desə də, buna uşaqlar belə inanmaz. Hakan Şükürün özünə deyil, mən övladlarına görə məyus oluram. Çünki vətən xaini damğası yemək çox şərəfsizcəsinədir... Damarlarında əsl türk qanı daşıyan bir kişi bu ölkəyə əsla xəyanət etməz.
Qaynarinfo.Az