Xəbər lenti

"Hakimlər Bakıda bizə qarşı ədalətsiz oldular" - Fien Boons
İdman11:53 17.11.2016

"Hakimlər Bakıda bizə qarşı ədalətsiz oldular" - Fien Boons

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçikanın "Femina" həndbol komandasının üzvü Fien Boonsun Qaynarinfo.Az saytına müsahibəsi

- ABU ilə Bakıda keçirilən "Çellenc" Kubokunun hər 2 oyununda uduzdunuz. Bu görüşlər haqda nə deyə bilərsiniz?

- ABU-nun oyunçuları çox təcrübəlidirlər. Onların fiziki gücləri daha çoxdur. Üstəlik də hündürböydurlar. Bu da onlara bir az da üstünlük qazandırır. İlk oyunda biz çoxlu səhvlər etdik və həmçinin çoxlu qol vəziyyətlərini boşa verdik. Müdafiədə problemlərimiz oldu. Ancaq müdafiədən hücum taktikasına keçəndə ABU daha çox çətinlik çəkdi. Bu üzdən də ikinci oyun bizim üçün çox yaxşı keçdi. Sadəcə hakimlər ədalətsiz oldular. 

- Siz düşünürsünüz ki, makedoniyalı hakimlər sizə qarşı düzgün idarəçilik etməyiblər?

- Mən sadəcə ikinci oyun haqda hakimlərin idarəçiliyindən danışıram. Əgər düzgün idarəçilik olsaydı, Bakıdan minimum heç-heçə ilə qayıda bilərdik.

- Baş məşqçiniz Edin Deliç Azərbaycan mətbuatına müsahibəsində bildirdi ki, komandası peşəkar deyil, həvəskar komandadır, heyətdə bütün oyunçular tələbələrdir...

- Düz deyir. Bütün hamı da olmasa tələbələr var. Üstəlik, komandamızın bəzi qızları başqa sahədə işləyir. Həftədə cəmi 3 dəfə məşq keçirik.

- Belçikada elit səviyyədə neçə həndbol komandası var?

- 8.

- Onların hamısı həvəskardır?

- Bəli.

Qaynarinfo.Az