Xəbər lenti

"Hamı düşünür ki, "Qarabağ" asan rəqibdir" - "Anderlext"in baş məşqçisi
İdman07:50 29.08.2015

"Hamı düşünür ki, "Qarabağ" asan rəqibdir" - "Anderlext"in baş məşqçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"la Avroliqanın qrupunda yer alan "Anderlext"in baş məşqçisi Besnik Hasi fikirlərini bildirib. 

Qaynar.info xəbər verir ki, 43 yaşlı alban çalışdırıcı "Qarabağ"ın asan komanda olmadığını söyləyib: "Hamı düşünür ki, "Qarabağ" asan rəqibdir. Ancaq unutmayaq ki, "Seltik" Çempionlar Liqasının III təsnifat mərhələsində onları güclə keçdi. Ona görə də "Qarabağ"la çətin oyun olacaq. Hazırda əsas tapşırıq bu komandalara qarşı layiqli mübarizə aparmaqdır. Biz çalışacağıq ki, qışdan sonra da Avropada təmsil olunmaq üçün məqsədimizə çataq".

"Anderlext"in 32 yaşlı italyanmənşəli qapıçısı Silvio Proto isə bunları bildirib: "Bu qrup Çempionlar Liqasının qrupu kimidir. Həqiqətən çətin qrupa düşmüşük. Bu qrupda çox maraqlı oyunlar olacaq. Ancaq biz üzərimizdə az təzyiq hiss edəcəyik. Çünki "Anderlext" qrupda favorit sayılmır. Lakin heç kim futbolda əvvəldən nəyin necə olacağını bilə bilməz".

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində 2-ci oyununu "Anderlext"ə qarşı keçirəcək. Bu matç oktyabrın 1-də Bakıda baş tutacaq.

Qaynar.info