Xəbər lenti

"Həlledici amil azərbaycanlıların qələbə qazanmaq istəyi oldu" - Sergey Matveyev
İdman05:52 26.02.2016

"Həlledici amil azərbaycanlıların qələbə qazanmaq istəyi oldu" - Sergey Matveyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, mayda Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət millilər (u-17) arasında Avropa çempionatına hazırlaşan yığmamız dünən Rusiya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Qaynar.info xəbər verir ki, oyundan sonra Rusiya U-17-nin baş məşqçisi Sergey Matveyev yerli federasiyanın saytına oyun barədə fikirlərini bildirib:

"Əlbəttə, əlavə olunmuş vaxtda uduzmaq məyusedicidir. Ancaq etiraf etmək lazımdır ki, oyun keyfiyyətinə görə biz əvvəlki matçla nisbətdə pis oynadıq. Futbolçular fərdi cəhətdən daha adi səhvlərə yol verdilər. Bizdə elə də çox qol şansları olmadı. İlk hissədə Rudenko Qrulevin ötürməsindən sonra təhlükəli baş zərbəsi endirdi. İkinci yarıda isə Qrulev İsayevin yerinə yetirdiyi künc zərbəsindən sonra topu tirə vurdu. Daha bir standard vəziyyətdən sonra Volodkinin təhlükəli zərbəsini də xatırlamaq olar.

Fasilədə biz əvəzetmələr etdik, ikinci hissənin gedişində bütün uşaqlara oynamaq imkanı verdik. Rəqib nadir hallarda qapımıza təhlükə yaradırdı. Təhlükə yaradanda da bunu əsasən cərimə zərbələri vasitəsilə edirdilər. Həlledici amil azərbaycanlıların qələbə qazanmaq istəyi oldu. Bunda onlar ikinci matçda bizim komandanı üstələdilər. Yeganə top oyuna əlavə olunmuş 2-ci dəqiqədə vuruldu. Künc zərbəsindən ötürməsindən sonra bizim uşaqlar topu cərimə meydançamızdan uzaqlaşdırdılar, lakin azərbaycanlılar onu geri qaytardılar. Zaxarov uğursuz şəkildə topu cərimə xəttindən vurdu, burda isə rəqib oyunçulardan birinin vurduğu zərbə nəticəni müəyyənləşdirdi.

Ümumilikdə, toplanışımız səmərəli keçdi, baxmayaraq ki, belə qısa vaxt ərzində oynamaq çətindir. Əvvəlki yoldaşlıq matçları bizim üçün çox faydalı və informativ alınıb. Biz komandanın heyətini 2016-cı il Avropa çempionatının Tbilisidəki elit mərhələsi üçün qururduq. Martın 7-dən Gürcüstanın paytaxtına uçuruq, ayın 14-dək orda məşq edəcəyik. 15 martda İtaliya, 17-də Gürcüstan və 20-də Bosniya və Herseqovina ilə oynayacağıq".

Yeri gəlmişkən, U-17 millimizin baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına danışıb: “Birinci oyunla budəfəki qarşılaşmanı müqayisə etsək, fərqin böyük olduğunu görərik. Nizam-intizam qaydasındaydı, futbolçular əzmkarlıq nümayiş etdirdilər, qələbə istəyi daha çox idi. Səhvlərimizi düzəltdik və birinci oyunda qeydə alınan böyükhesablı qələbənin təsadüfi olduğunu göstərdik. İlk qarşılaşmada bəsit səhvlərə yol verdik və nəticədə böyük hesabla yenildik. Futbolçular bundan nəticə çıxardılar və şanslarını dəyərləndirdilər”.

Qeyd edək ki, millimiz ilk oyunda Rusiyaya 1:5 hesabı ilə məğlub olmuşdu.

Qaynar.info