Xəbər lenti

"Hicaba azadlıq!" aksiyasında həbs olunanların məhkəməsi başladı
Ölkə12:47 18.07.2013

"Hicaba azadlıq!" aksiyasında həbs olunanların məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Apelyasiya Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştirakına görə həbs olunan 11 nəfərin apelyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib.

APA-nın  məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də qanunsuz keçirilən "Hicaba azadlıq!" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

Qaynar.info