
İsveçli hücumçu Zlatan İbrahimoviç Pol Poqbanın "Mançester Yunayted"ə keçidində önəmli rol oynayıb.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə hər iki futbolçunun italiyalı meneceri Mino Rayola açıqlama verib.
Futbol tarixinin ən böyük transferi olan Pol Poqbanın "Mançester Yunayted"ə keçidindən danışan menecer bunları deyib: "Zlatan mənə "Poqbanın başqa kluba keçməsinə icazə versən, ayaqlarını qıraram" dedi. Bu təbii ki, bir zarafat idi. Amma bu, Zlatanın Poqba ilə eyni komandada oynamağı nə qədər istədiyini göstərirdi".
Qaynarinfo.Az