Xəbər lenti

"İçərişəhər"in sabiq rəis müavini "İnter"in prezidenti oldu
İdman09:08 22.12.2016

"İçərişəhər"in sabiq rəis müavini "İnter"in prezidenti oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İnter" Peşəkar İdman Klubunun yeni prezidentinin adı rəsmən açıqlanıb.

Qaynarinfo.Az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev “İnter” PİK-in prezidenti vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.

Qeyd edək ki, Azər Əliyev əvvəllər Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri də olub.

Qaynarinfo.Az