Xəbər lenti

"İcra"dan soruşsalar, deyərəm ki, onun işindən razıyam" - Şahin Diniyev
İdman12:22 27.09.2016

"İcra"dan soruşsalar, deyərəm ki, onun işindən razıyam" - Şahin Diniyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mətbuatda "Kəpəz"in məşqçisi Füzuli Allahverdiyevin komandadan göndəriləcəyinə dair xəbərlər yayılıb. Belə xəbərlərin yayılmasına səbəb onun böyük qardaşı Mehman Allahverdiyevin az əvvəl klubun icraçı direktoru postundan göndərilməsidir.

Qaynarinfo.Az bu məsələ ilə bağlı "Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə danışıb:

"Vallah, ilk dəfə sizdən eşidirəm ki, Füzuli bizdən ayrılır. O hazırda da mənimlə birgə komandaya məşq keçir".

Mehman Allahverdiyev klubdan birbaşa Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə qovuldu. Bəs, birdən icra hakimiyyətindən Diniyevdən Füzuli Allahverdiyev barəsində fikir öyrənilərsə, nə deyər? Şahin bəyi dinləyək: "Deyərəm ki, onun işindən razıyam. Mənim ondan heç bir narazılığım yoxdur".

Qaynarinfo.Az