Xəbər lenti

"İlin ən yaxşı klub məşqçisi"
İdman14:59 22.01.2015

"İlin ən yaxşı klub məşqçisi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq  Futbol Tarixi və Statistikaları Federasiyası (BFTSF) “ilin ən yaxşı klub məşqçisi” nominasiyasında səsvermənin yekunlarını açıqlayıb.

Qaynar.info Publika.az-a istinadən xəbər verir ki, sorğunun qalibi “Real”ın baş məşqçisi Karlo Ançelotti olub. İtalyan mütəxəssis 169 xal toplayıb.

İkinci yeri “Atletiko”yla İspaniya çempionu olan Dieqo Simeone (139 xal) tutub. 76 xal toplayan Xosep Qvardiola (Bavariya) üçüncü olub.

“İlk onluq” aşağıdakı kimi olub:

1. Karlo Ançelotti (Real) - 169

2. Dieqo Simeone (Atletiko) - 139

3. Xosep Qvardiola (Bavariya) - 76

4. Joze Mourinyo (Çelsi) - 15

5. Unai Emeri (Sevilya) - 11

6. Manuel Pelleqrini (Mançester Siti) - 8

7. Yürgen Klopp (Borussiya D) - 7

8. Antonio Konte (Yuventus) - 6

9. Ronald Kuman (Feyenoord/Sautqempton) - 3

10. Rudi Qarsiya (Roma) - 2

Qaynar.info