Xəbər lenti

"İmkansız ailələr onsuz da "kombi"dən istifadə etmirlər" - Deputat qiymət artımından danışdı
Ölkə11:17 29.11.2016

"İmkansız ailələr onsuz da "kombi"dən istifadə etmirlər" - Deputat qiymət artımından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək".

Bunu açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:

"Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, "Azəriqaz" və "Azərişıq" İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək".

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək".(aznews.az)

Qaynarinfo.Az