
Türkiyənin "Bursaspor" klubu baş məşqçi Hamza Hamzaoğlu ilə yolları ayırdıqdan sonra Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkiyə elçi düşüb.
Qaynarinfo.Az xəbər verir ki, "Juti" (Sarı) ləqəbli Prosineçki ölkəsinin mətbuatına "Bursaspor"a keçməyəcəyini bildirib:
"Hesab edirəm ki, indi bu barədə müzakirə aparmaq çətindir. Çünki konkret nəsə baş verməyib. Düzdür, "Bursaspor" nümayəndələri bir neçə dəfə mənimlə əlaqə saxlayıb. Ancaq mənim Azərbaycanla hələ 1 illik müqaviləm var. Bu üzdən bütün bunlar gələcəyin işidir".
2012/13 mövsümündə "Kayserispor"da işləmiş Prosineçki həm "Bursaspor", həm də Azərbaycan millisində işləmək variantını isə yaxınına buraxmayıb: "Yox, mən inanmıram ki, bu, fayda verə bilər. Mən şəxsən özümü bu situasiyada görmürəm. Yaxın gələcəyə kimi ancaq Azərbaycanda işləyəcəyəm".
Qeyd edək ki, "Bursaspor"da milli komandamızın hücumçusu Dəniz Yılmaz çıxış edir.
Qaynarinfo.Az