
Kaxaber Sxadadzenin yetirmələri "Qaradağ Lökbatan"la qarşılaşıb
“İnter” Topaz Premyer Liqasının yeni mövsümü ərəfəsində daha bir sınaq matçı keçirib. Apasport.az saytının məlumatına görə, Bakı klubu I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb.
"Şəfa" stadionunda reallaşan oyunda Kaxaber Sxadadzenin yetirmələri 2:0 hesablı qələbə qazanıb. “İnter”in heyətində Vaqif Cavadov və Aleksandr İaşvili fərqlənib.
Qaynar.info