Xəbər lenti

"İnter" şansını itirdi
İdman18:19 04.07.2013

"İnter" şansını itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, "İnter" klubu "Bayıl Arena" stadionunda ilk oyununa çıxıb. Bakı təmsilçisi Finlandiyanın "Mariehamn" klubunu qəbul edib.

Matçda ilk qol bakılılardan gəlib - 7-ci dəqiqədə Asif Məmmədov fərqlənib. 72-ci dəqiqədə isə Petteri Yokihara hesaba tarazlıq gətirib (1:1).

Matç elə bu hesabla da başa çatıb.

Oyunu litvalı hakim Serqeyus Sliva idarə edib.

Bu komandalar arasında cavab oyunu iyulun 11-də keçiriləcək.

Qaynar.info