Xəbər lenti

"İnter"in oyunundan sonra olay: "Kişisənsə çölə çıx"
İdman15:11 15.07.2016

"İnter"in oyunundan sonra olay: "Kişisənsə çölə çıx"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın "İnter" klubunun Sofiyanın ÇSKA komandasına yoxlama matçında 1:2 hesabı ilə uduzması milanlı azarkeşləri özündən çıxarıb.

Qaynarinfo.az xəbər verir ki, sabiq "Qalatasaray"lı Felipe Melo və eks "Fənərbaxça"lı Caner Erkinin ilk "11-lik"də yer aldığı matç bitdikdən sonra bir azarkeş oyunçuların üzərinə yürüyüb. O, "İnter"in futbolçularını söyüb. Hətta argentinalı qapıçı Xuan Pablo Karrisoya "Sizi izləmək üçün buralara gəlib 100-lərcə avro pul xərclədik, kişisənsə çölə çıx".

Bu gərginlikdən sonra hadisə yerinə polis gəlib. Polis həmin azarkeşi ordan uzaqlaşdırıb. İlk hazırlıq matçında bərabərə qalan, bu matçda isə məğlub olan "İnter"də baş məşqçi Roberto Mançiniyə də tənqidlər yönəlib. Bəzi azarkeşlər "Bəsdir daha Mançini, səni burda istəmirik, rədd ol get "İnter"dən deyə qışqırıblar.

Qaynarinfo.az