Xəbər lenti

"İnter"in yeni baş məşqçisinin adı bilindi
İdman10:30 07.11.2016

"İnter"in yeni baş məşqçisinin adı bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın "Latsio" klubunun keçmiş çalışdırıcısı Stefano Pioli "İnter"in baş məşqçisi təyin ediləcək.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano bildirib. Onun sözlərinə görə, tərəflər artıq hər şeyi razılaşdırıb.

Xatırladaq ki, dünən "İnter" baş məşqçini seçdiyini və çərşənbə axşamı açıqlayacağını rəsmən bəyan edib. Ona görə də sabah "İnter"dən rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, "İnter"in sonuncu baş məşqçisi məşhur hollandiyalı sabiq futbolçu Frank de Bur olub.

Qaynarinfo.Az