Xəbər lenti

"iPhone 4" sahibləri üçün xəbər var
Ekonomiks19:50 05.09.2016

"iPhone 4" sahibləri üçün xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Apple" şirkəti "iPhone 4" smartfon modelinin və "iPod Classic" portativ media pleyerinin proqram dəstəklənməsini sentyabrın 13-dən etibarən rəsmən dayandıracaq.
AZƏRTAC "polit.ru" resursuna istinadən xəbər verir ki, bununla bağlı qərar mobil qurğuların sayının artması, eləcə də texnologiyaların gündəlik yenilənməsi ilə əlaqədar qəbul edilib. "Apple" nümayəndələrinin sözlərinə görə, köhnə qurğuların istehsalının baha olmasına görə onları dəstəkləmək iqtisadi baxımdan sərfəli deyil.
Qeyd edək ki, "iPhone 4" və "iPod Classic" qurğularının istehsalı beş il əvvəl dayandırılıb. Hazırda "Apple" qurğuların təmirini qanunauyğun olaraq daha 2 il müddətinə yalnız Kaliforniyada həyata keçirəcək.
Qaynarinfo.Az