Xəbər lenti

"İstəyirsinizsə, transfer siyahımızı sizə göndərə bilərəm" - Arsen Venqer
İdman13:19 01.04.2016

"İstəyirsinizsə, transfer siyahımızı sizə göndərə bilərəm" - Arsen Venqer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Arsenal" klubunun Mönxenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Qranit Cakanı alacağı ilə bağlı xəbərlər tükənmək bilmir.

Qaynar.info xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Arsen Venqerin İsveçrə millisinin üzvünün atası ilə görüşdüyü deyilir.

Lakin "Uotford"la qarşıdakı matç üçün mətbuat konfransına çıxan Arsen Venqer bu məsələyə özünə məxsus şəkildə cavab verib: "Hazırda biz oyunçuları təhlil etməyə və futbolçuların siyahısını tərtib etməyə başlamışıq. Ancaq mən düşünmürəm ki, indi konkret adları açıqlamağın vaxtıdır... Əgər istəyirsinizsə, siyahını sizə göndərərəm".

Qeyd edək ki, alban mənşəli Qranit Caka İsveçrə millisində 40 oyuna 6 qol vurub.

Qaynar.info