Xəbər lenti

"İtaliya millisinə görə məyus olmuşam" - Azərbaycan yığmasının baş məşqçisi
İdman13:40 06.07.2016

"İtaliya millisinə görə məyus olmuşam" - Azərbaycan yığmasının baş məşqçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İtaliya yığmasına görə bir az məyus oldum. Halbuki bu komandanın Avropa çempionu ola biləcəyini düşünmüşdüm”.

Qaynarinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Ölkəsinin mətbuatına açıqlama verən xorvatiyalı mütəxəssis “Skuadra Adzurra”nın qitə birinciliyindəki çıxışını dəyərləndirib.

O, komandanın irəli gedə bilməməsini heyətində ulduz futbolçuların az olması ilə əlaqələndirib: “Antonio Kontenin yığmanı çempion edə biləcəyinə inanırdım. Amma təəssüf ki, indi İtaliya millisində Andrea Pirlo, Alessandro Del Pyero, Françesko Totti və ya Roberto Bacco kimi ulduz futbolçular yoxdur”.

Prosineçki Avropa çempionatından sonra “Çelsi”nin “sükanı arxası”na keçən Antonio Kontenin də ünvanına tərif yağdırıb. Millimizin çalışdırıcısı Kontenin İngiltərə Premyer Liqasında uğur qazanacağına inandığını söyləyib: “O, çox güclü məşqçidir. “Çelsi” indi Roman Abramoviçin pulu ilə heyəti təkmilləşdirə bilər. O, Joze Mourinyu və Pep Qvardioladan 1 addım öndədir. Konte onların hər ikisini məğlub edəcək”.

Qaynarinfo.az