Xəbər lenti

"Çıxılmaz vəziyyətdə qalmışıq"- Eldəniz Quliyev
Ölkə18:54 30.03.2013

"Çıxılmaz vəziyyətdə qalmışıq"- Eldəniz Quliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ofis sahibi deyir ki, əgər ofisdən çıxmasanız bacımı, qardaşımı işdən çıxarmaqla yanaşı məni də narkotik və silahla şərləyərək həbsə atacaqlar"

"Artıq "El" Hərəkatının ofisini bağlanmış hesab etmək olar. Fakt budur ki, hakimiyyət “El” Hərəkatını real və alternativ güc gördüyünə görə ona qarşı belə bir addım atmaq qərarına gəlib. Ofisin sahibinə qarşı müxtəlif şantaj tipli təzyiqlər həyata keçirilib. Bacısını və digər yaxınlarını işdən çıxarılacağını, özünün isə silah və narkotiklə şərlənərək həbs ediləcəyini bildiriblər.”

Bu sözləri FaktXeber.com-a  “El” Hərəkatının təsisçilərindən olan Eldəniz Quliyev hərəkatın ofisinin bağlanması ilə yayılan məlumatlara aydınlıq gətirərkən söyləyib. Eldəniz bəy qeyd etdi ki, iki gün bundan öncə hüquq müdafiəçisi Leyla Yunus tərəfindən hərəkatın ofisində tədbir keçirilərək İsaxan Aşurov adına mükafat vicdan məhbusu Hilal Məmmədova verilmişdi: “Bizdə olan məlumata görə həmin gün tədbirdə təxribat hazırlanmışdı. Hətta polis kimlərisə həbs etməli idi. Lakin təxribatları baş tutmayıb. Baş verənlər bir daha göstərir ki, Azərbaycan hakimiyyəti nə qədər zəif və miskindir.Yaşananların hamısı Azərbaycanda normal və demokratik mübarizənin mümkün olmadığından xəbər verir. Hakimiyyət bununla dünyada və beynəlxalq təşkilatlar qarşısında özünün nə qədər rüsvayçı və miskin olduğunu göstərir”.

Hazırda çıxılmaz bir vəziyyətdə qaldıqlarını qeyd edən Eldəniz bəy, “ böyük bir əziyyət və maliyyə hesabına başa gələn ofis real olaraq bağlanmaq təhlükəsi ilə üz-üzədir. Alternativ variant axtarışındayıq. Lakin hakimiyyət alternativ variant üçün də şərait yaratmır”, - deyə bildirdi: “ Bunlar qatığa qara deyən hakimiyyətdir. Xoşlarına gəlməyən istənilən siyasi təşkilatı birmənalı olaraq ləğv edir və onlara qarşı hər vasitə ilə qadağa qoyur. Ofis sahibinin də durumu başa düşüləndir. O, deyir ki, əgər ofisdən çıxmasaz bacım, qardaşımı işdən çıxarmaqla yanaşı məni də narkotik və silahla şərləyərək həbsə atacaqlar”.