
Türkiyənin "Kayserispor" klubu millimizin sol cinah müdafiəçisi Üfüq Budağın ardından bizə tanış daha bir futbolçunu transfer edib.
Qaynarinfo.az xəbər verir ki, baş məşqçi Hakan Kutlu "Qaziantep Böyükşəhər Bələdiyyəspor"dakı sabiq yetirməsi Umut Sönməzin də keçidinə razılıq verib. Onunla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Türkiyə doğumlu, lakin Almaniyada yaşayan Umut Sönməz əvvəllər 21 yaşadək millimizdə çıxış edib.
Qaynarinfo.az