Xəbər lenti

"Kəpəz" Premyer Liqaya əlvida dedi
İdman18:22 12.04.2013

"Kəpəz" Premyer Liqaya əlvida dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Premyer Liqasının 26-cı turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Rəvan" öz meydanında "Kəpəz"i qəbul edib.

Matçda ilk qol 44-cü dəqiqədə "Rəvan"ın heyətində Vareadan gəlib. İkinci hissədə isə meydan sahibləri gəncəlilərin qapısından 2 top keçiriblər (3:0).

Bu məğlubiyyətdən sonra "Kəpəz"in Premyer Liqanı tərk etməsi rəsmiləşib.

Qeyd edək ki, digər görüşlər aprelin 13və 14-də keçiriləcək.

Qaynar.info