Xəbər lenti

"Kopenhagen"lə oyundan öncə "Qarabağ"da ciddi itki
İdman18:50 09.08.2017

"Kopenhagen"lə oyundan öncə "Qarabağ"da ciddi itki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" ciddi itki ilə üzləşib. "Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, Ağdam klubunun yeni transferlərindən olan Donald Gerye sıradan çıxıb.

Zədə alan Haiti yığmasının üzvü böyük ehtimalla Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı oynamayacaq. Onun avqustun 15-də Çempionlar Liqasında "Kopenhagen"ə qarşı forma geyinib-geyinməycəyi hələ bilinmir.

Qeyd edək ki, Donald Gerye bu yay "Alanyaspor"dan "Qarabağ"a keçib. "Transfermarkt"ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 4 oyunda 2 qol vurub.

Qaynarinfo.Az