Xəbər lenti

"Koroğlu"dakı körpüdə intihar həyəcanı - GƏNC XİLAS EDİLDİ - YENİLƏNİB - FOTOLAR
Ölkə19:05 26.11.2014

"Koroğlu"dakı körpüdə intihar həyəcanı - GƏNC XİLAS EDİLDİ - YENİLƏNİB - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda daha bir nəfər intihar məqsədilə “Koroğlu” körpüsünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və polislər cəlb olunub.

İntihar etmək istəyən şəxslə danışıqlar aparılır. Hələ ki, özünü öldürmək istəyən adamın kimliyi barədə məlumat verilmir.

***

İntihar etmək istəyən şəxsin 1990-cu il təvəllüdlü Şəhriyar Şahmarov adlı gənc olduğu bildirilir.
*****

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, FHN əməkdaşlarının Şəhriyar Şahmarovla apardığı danışıqlar müsbət nəticə verib və o, körpüdən düşürülüb.

Qaynar.info