İspaniya kubokunda yarımfinalçılardan üçünün adı müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, "Real" "Espanyol"u, "Atletiko" "Atletik"i, "Barselona" isə "Levante"ni mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.
"Land of fire Azerbaijan" formalı Madrid klubunun artıq 1/2 finaldakı rəqibi müəyyənləşib. Dieqo Simaonenin komandası bu mərhələdə "Real"la qarşılaşacaq.
Kataloniya klubunun isə rəqibi "Rasinq" - "Real Sosyedad" cütünün qalibi olacaq.
Qeyd edək ki, yarımfinal oyunları 5 və 12 fevralda oynanılacaq.
Qaynar.info