Xəbər lenti

"Liverpul” futbolçusu rəqibini dişlədi - VİDEO
İdman04:46 22.04.2013

"Liverpul” futbolçusu rəqibini dişlədi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Futbol Federasiyası "Liverpul”un "Çelsi” ilə qarşılaşmasında uruqvaylı hücumçu Luis Suaresin iştirak etdiyi epizoda qiymət verəcək.

"Sky Sports”un verdiyi məlumata görə, oyunun 74-cü dəqiqəsində komandasının hücumu zamanı "Liverpul”un hücumçusu rəqib komandanın müdafiəçisi Branislav İvanoviçi dişləyib. Serbiyalı müdafiəçinin etirazlarına baxmayaraq, hakim epizodu diqqətə almayıb.

Lakin Futbol Assosiasiyası hadisəni araşdırmaq qərarına gəlib və Luis Suaresi diskvalifikasiya gözləyir. "Liverpul”un baş məşqçisi Brendan Rocers isə oyundan sonra deyib ki, Luis Suareslə bağlı hər hansı tədbir görməzdən əvvəl onun Branislav İvanoviçi dişləməsi diqqətlə izlənilməlidir.

ANS Press