Xəbər lenti

"Liverpul" Arda Turanı istəyir
İdman09:48 15.11.2016

"Liverpul" Arda Turanı istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan qış transferi pəncərəsi dönəmində Kataloniya təmsilçisindən ayrıla bilər.

Qaynarinfo.Az xəbər verir ki, İngiltərənin "Liverpul" klubu türk yarımmüdafiəçi ilə yaxından maraqlanır. Alman baş məşqçi Yürgen Kloppun bəyəndiyi Ardanın bu qış İngiltərə klubuna keçə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Arda Turan bu mövsüm İspaniya La Liqasında 8 oyuna 2 qol vurub. "Liverpul"da Almaniya millisinin türkəsilli futbolçusu Əmrə Canın da çıxış etdiyini xatırladaq.

Qaynarinfo.Az