
İngiltərənin "Liverpul" klubunun sahibi olan "Fenvey Sports Qrup" şirkəti hissələrin bir qismini çinli iş adamlarına satmaq üçün danışıqlara başladıqlarını mətbuata açıqlayıb.
Qaynarinfo.Az xəbər verir ki, bunun klubun özlərini maliyyə baxımından inkişaf etdirmək üçün etdikləri bildirilib.
Son olaraq belçikalı hücumçu Kristian Bentekeni "Kristal Palas"a 27 milyon sterlinqə satan "Liverpul" 15 milyon ziyana düşmüş və azarkeşlərinin narazılığı ilə üzləşmişdi. Üstəlik, Mario Balotellinin də ziyanına da olsa komandadan göndərməsi gözlənilir.
Maraqlıdır ki, "Liverpul" azarkeşləri klubun hissələrinin çinlilərə satılmasını istəmir. Onlar bunun üçün "Liverpul"un rəsmi elektron ünvanına tənqidi məktublar göndəriblər.
Qaynarinfo.Az